Svanadze: "Yaxşı ki, qələbə qazana bildik"

00:50 13 İyul 2017

“İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq təmsilçisi “Fola”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis komandasının çıxışını belə dəyərləndirib:

 

- Nə demək olar? Çox çətin matç oldu. Bunu da gözləyirdik. Komanda pis çıxış etmədi. Ehtiyat heyətimizin zəngin olmaması da bizə əlavə problem yaradır. Bir az da yorğun görünürdük. Eyni futbolçular uzun müddətdi oynayırlar. Rəqib əks-hücumda çox təhlükəli komandadı. “Fola” müdafiədə daha çox “oturdu”. Cinahlardan və standart vəziyyətdən təhlükəli ola bilirlər. Yaxşı ki, qələbə qazana bildik. Təbii ki, səfərdə rəqib hücuma atılacaq. Biz də əks-hücumdan fərqlənməyə çalışacağıq. İki günlük istirahətdən sonra cavab görüşünə hazırlaşacağıq.

 

- Pərdis-Fərcad Azad meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı. Onu gec əvəzləməyiniz nə ilə bağlı idi?
- Pərdis yaxşı keyfiyyətlərə malik oyunçudu. Görünür, yorğun idi. Düşünürdük ki, ikinci hissədə vəziyyəti düzəldər. Serblərlə matçda yaxşı çıxış etmişdi. Bu gün yorğun görünürdü.

 

- “Fola”dan nə gözləyirdiniz, nə gördünüz?
- Yeni heç nə göstərmədilər. Onlar bizim gözlədiyimiz kimi oynadılar.


Digər xəbərlər

Xəbər xətti