Zaur Axundov: "3-4 oyun ardıcıl eyni oynamaq çətindir"

10:33 13 İyul 2017

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Avrokuboklarda zəif komanda qalmayıb. İlk mərhələdə Moldova klubunu mərhələdən kənarlaşdırıblar. Mən oyunun asan keçməyəcəyini düşünürdüm. 

 

- “İnter” “Mladost”la oynadığı kimi görünmürdü...

- Hər oyun eyni səviyyədə keçə bilməz. 3-4 oyun ardıcıl eyni oynamaq da çətindir. 6 gün əvvəl ağır oyun oynadıq.  Mövsümün əvvəlində çatışmayan cəhətlər olur. Üstəlik, eyni heyət və transferlərimiz yoxdu. Güc eyni oyunçulara düşür. Amma sevindirici haldır ki, 3 oyun keçirmişik və qapımızda qol buraxmadan qalib gəlmişik. 8 gün vaxtımız var və cavab oyununa hazırlaşacağıq.

 

- Cavab oyunu üçün plan necədir? Lüksemburqa tez uyğunlaşmaq üçün komanda dahar erkən yollanacaq?

- Oyundan 2 gün öncə getmək istəyirik. Belə planlaşdırmışıq.

 

- 5-ci gün potensial rəqib bəlli ola bilər.

- Açığı, belə düşünmürəm. Mənə fərqi yoxdu, nə potensial rəqib, nə 5-ci gün... Mən futzalda da optimist insanam və bunu çox gözəl bilirsiniz. Mərhələ adlamayınca heç nə deməyəcəm. Lüksemburq klubunu keçmək asan olmayacaq. Heyətdə zədəli oyunçular da var. Çətin olacaq.

 

- Komandanın son durumu necədir?

- Komandanın maliyyə durumunda heç bir problemi yoxdu. AFFA-nın gül kimi bazası var. Dünya və Avropa səviyyəli stadion və bazadır. Ot örtüyü də standartlara uyğundu. Üstəlik şəhərə yaxındı və məşqlə toplanışlar üçün əlverişlidi. Bizim üçün bura daha əlverişlidi.


Digər xəbərlər

Xəbər xətti