"Bizim üçün də maraqlıdı ki..." - Ayxan Abbasov - AÇIQLAMA

11:32 13 İyul 2017

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Astra” klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Bizim də heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədi çıxış edirik. Bu, bizim debüt mövsümümüzdü. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq.

 

Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə, “Astra” haqqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdı ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünür ki, rəqib topla oynamağı sevir.

 

“Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdi. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.


Digər xəbərlər

Xəbər xətti