Azərbaycan Bolqarıstanla Belarusdan uzaqlaşdı

12:32 13 İyul 2017

UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportarena.az xəbər verir ki, ötən gün avrokuboklardakı təmsilçilərimizdən daha biri növbəti oyununu keçirdi. Belə ki, Avroliqada mübarizə aparan "İnter" doğma meydanda Lüksemburq "Fola"sına 1:0 hesabıyla qalib gəldi. Bu qələbə həm mövqeyimizin yaxşılaşmasına, həm də ölkəmizin xal ehtiyatının zənginləşməsinə səbəb olub. Paytaxt klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.250 reytinq xalı var. "İnter"in zəfəri eyni xala malik olduğumuz Bolqarıstan və Belarusu geridə qoymağımıza kömək edib. Siyahının 20-cisi isə İsraildi. Yəhudilərin aktivində 17.375 xal var.

 

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum – 1.500 xal toplayıb. Bu qələbələrdən üçü "İnter"in, ikisi "Zirə"nin, biri isə "Qarabağ"ın payına düşür.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti