Dani Alveş PSJ-də - RƏSMİ

12:55 13 İyul 2017

İtaliya çempionu "Yuventus"la yollarını ayıran və adı "Mançester Siti" ilə birgə hallanan braziliyalı müdafiəçi Daniel Alves Fransanın PSJ klubuna transfer olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu fransızlarla 2019-cu ilə qədər müqavilə imzalayıb. 34 yaşlı futbolçu PSJ-də 32 nömrəli formanı geyinəcək. Cəmi bir mövsümlük "Yuventus" karyerasından sonra bir müddət öncə Turin təmsilçisi ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran Dani yeni klubuna azad agent kimi keçib. O, Paris təmsilçisində həftəsinə 260 min avro qazanacaq.

 

"Yuventus"la İtaliya çempionu adını qazanan Alves geridə qalan mövsümdə 33 rəsmi oyunda 6 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti