"Neftçi" "Səbail"ə qalib gəldi

14:55 13 İyul 2017

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar" "Səbail” klubunun əvəzediciləri ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 4:1 hesablı qələbə ilə nəticələnib. "Neftçi”nin heyətində Cavidan Qasımlı "het-trik”ə imza atıb. Bir dəfə isə İbrahim Əliyev fərqlənib.

 

Qeyd edək ki, "Neftçi"nin əvəzediciləri iyulun 15-də keçiriləcək növbəti yoxlama oyununda "Sumqayıt” klubunun əvəzediciləri ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti