"Real Sosyedad" MY-nin futbolçusunu transfer etdi

Sportarena.az      13 İyul 2018, 15:17

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Adnan Yanuzayın İspaniya "Real Sosyedad"ına transferi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. 22 yaşlı belçikalı futbolçuya görə ispanlar MY-yə 10 milyon avro təzminat ödəyiblər. 

 

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Yanuzay Almanyanın "Borussiya" (Dortmund) və İngiltərənin "Sanderlend" klublarında da icarə əsasında oynayıb. Belçikalı vinger geridə qalan mövsümdə "Sanderlend"in heyətində 28 oyun keçirib, 1 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin