"Çelsi" "Monako"nun futbolçusunu transfer edir - 45 milyona

17:21 13 İyul 2017

“Çelsi” “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

Sportarena.az xəbər verir ki, klublar arasında hərtərəfli razılıq əldə olunub. Bu gün Londona yollanan fransalı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti  5 illik olacaq. “Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir. 

Qeyd edək ki, Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.


Xəbər xətti