"Diqqətsizlik ucbatından 2 qol buraxdıq" - Ayxan Abbasov - AÇIQLAMA

00:56 14 İyul 2017

Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Astra" klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, zirəlilərin çalışdırıcısı 1:3 hesablı məğlubiyyətdən sonra bunları dilə gətirib:

 

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq. Lakin futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdı. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".


Xəbər xətti