İspaniyada Superkubok matçlarının tarixi məlum oldu - "El Klassiko" həyəcanı

12:18 14 İyul 2017

İspaniya Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Superkubok qarşılaşmasında “Barselona” “Real”la üz-üzə gələcək. İlk oyun avqustun 13-də “Nou Kamp”da baş tutacaq. Təkrar görüş isə avqustun 16-da “Santyaqo Bernabeu”da keçiriləcək.

 

İspaniya çempionatının keçirilmə tarixi də müəyyənləşib. Çempionat avqustun 19-da başlayacaq, mayın 20-də başa çatacaq. İspaniya kubokunun finalı isə aprelin 21-nə planlaşdırılıb.


Xəbər xətti