"Barselona" Portuqaliya millisinin üzvünü transfer etdi

14:32 14 İyul 2017

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi "Benfika"nın sağ cinah müdafiəçisi Nelson Semedonu transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı futbolçu tibbi müayinədək keçdikdən sonra onunla müqavilə imzalanacaq. La Liqa təmsilçisi bu keçid üçün Lissabon klubuna 30 milyon avro təzminat və 5 milyon avro bonus ödəyəcək.

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan gənc müdafiəçi ötən mövsüm "Benfika" forması ilə meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti