"Şüvəlan"dan növbəti qələbə

15:14 14 İyul 2017

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şüvəlan" bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Birinci Divizionda mübarizə aparacaq Şüvəlan təmsilçisi, "Sumqayıt"ın əvəzedici heyətini sınağa çəkib. Aqil Nəbiyevin çalışdırdığı komanda Elmir Namazov və Bəxtiyar Məsiməliyevin vurduğu qollar sayəsində sumqayıtlıları 2:0 hesabıyla məğlub edib.

 

Xatırladaq ki, "Şüvəlan" daha öncə "Zirə"nin əvəzediciləri ilə qarşılaşmış və 5:0 hesabıyla qalib gəlmişdi.


Xəbər xətti