"Qarabağ"ın oyunu canlı yayımlanacaq - RƏSMİ

16:52 14 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyunun "İdman Azərbaycan" telekanalında canlı yayımlanacağı barədə məlumat vermişdik.

Sportarena.az xəbər verir ki, iyulun 18-də Tiflisdə keçiriləcək qarşılaşmanın sözügedən kanalda birbaşa nümayiş etdiriləcəyi artıq rəsmiləşib. Görüş saat 21:00-da başlayacaq.
 
Qeyd edək ki, komandalar arasında ilk görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti