"Səbail" növbəti transferini etdi

12:19 15 İyul 2017

Milli komandamızın sabiq üzvü Amit Quluzadənin yeni klubunun adına aydınlıq gəlib. Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən futbolçu karyerasını ölkmizdə davam etdirəcək. 

 

Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Səbail" klubuna keçib.

 

24 yaşlı futbolçu bu gün Bayıl təmsilçisinin Türkiyədəki təlim-məşq düşərgəsinə qoşulacaq. Onunla 1 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Quluzadənin ölkəmizdəki son klubu "Sumqayıt" olub. "Neftçi"nin yetirməsi karyerası ərzində "Kayseri Ərciyəspor", "Rəvan", "Qəbələ" və "Atletiko" (Portuqaliya) kimi klublarda top qovub. 


Digər xəbərlər

Xəbər xətti