Sneyder "Qalatasaray"dan getdi

12:48 15 İyul 2017

"Qalatasaray" futbolçusu Uesli Sneyderlə rəsmən yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina etdiyi bildirilib.

 

Bundan başqa, Sneyder qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti