Əsgərov Latviyada dubla imza atdı

13:43 15 İyul 2017

Futbol üzrə Latviya birinci liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Preilu BJSS" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. 


Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, 3 dəqiqə ərzində (86, 89) dubla imza atan Əsgərov hesabı darmadağın həddinə çatdırıb və matçda yekun nəticəni müəyyənləşdirib. O, ikinci qolunu penaltidən vurub. Bu, onun cari mövsümdə vurduğu 10-cu qoldu. Həmyerlimiz 90+1-ci dəqiqədə sarı vərəqə də alıb.


"Olayne" 11 turdan sonra 20 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb, lakin liderlərlə eyni xala malikdi.


Digər xəbərlər

Xəbər xətti