Renat Dadaşovdan məhsuldar ötürmə

14:56 15 İyul 2017

ABŞ-da təlim-məşq toplanışında olan “Ayntraxt” növbəti yoxlama görüşünü keçirib. 
 

Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi Frankfurt təmsilçisi yerli “San Xose” klubu ilə qarşılaşıb. Görüş ABŞ klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Ayntraxt”ın yeganə qolunu 83-cü dəqiqədə Danni Blum vurub. Qolun ötürməsini isə ikinci hissədə meydana daxil olan Dadaşov verib.


Digər xəbərlər

Xəbər xətti