Emin Nuri oynadı, komandası...

10:58 16 İyul 2017

Futbol üzrə İsveç çempionatında 15-ci turun oyunları keçirilib. 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Eskilstuna" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Start heyətdə meydana çıxan Emin yenə sonadək oynayıb.

 

Qeyd edək ki, geridə qalan turlarda cəmi 8 xal toplayan "Kalmar" hazırda 16 komanda arasında 15-ci pillədədi.


Xəbər xətti