“Sumqayıt” Boluda ilk məşqinə çıxdı

11:22 16 İyul 2017

“Sumqayıt” Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb. Sumqayıt təmsilçisi bu gün Boluda 2 məşqə çıxacaq.

 

Qeyd edək ki, "Sumqayıt" Türkiyədəki ilk yoxlama görüşünü 17 iyul tarixində Super Liqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti