Mourinyo Ronaldonu MY-ə gətirmək istəyir? - AÇIQLAMA

12:37 16 İyul 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real”ın hücumçusu Kriştiano Ronaldonu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın AS nəşrinə açıqlama verən mütəxəssis portuqaliyalı mütəxəssis həmyerlisini almaq barədə fikirləşmədiklərini deyib: 


“Ronaldo “Real” üçün vacib oyunçudur. Bundan başqa Madrid klubu maddi tərəfdən də güclüdür. Buna görə də bizim Ronaldonun oradan gedəcəyini düşünməyimizə əsas yoxdur. Bir də ki, mən çalışdığım kluba alınması mümkün olmayan oyunçuları dəvət etmirəm”.


Xəbər xətti