Türkiyə futbolun gənc ulduzu "Roma"da

13:25 16 İyul 2017

“Roma” “Başakşəhər”in yarımmüdafiəçisi Cengiz Ünderi transfer edib.

 

Sportarena.az xəbər verir ki, bu brədə İtaliya klubunun saytı məlumat yayıb. Transfer romalılara 13,4 milyon avroya başa gəlib. Bundan başqa, “Roma” bonus olaraq əlavə 1,5 milyon avro da ödəyə bilər.

 

Türkiyə mllisinin 20 yaşlı futbolçusu ilə 2022-ci ilin iyunun 30-na qədər müqavilə imzalanıb. Cengiz yeni komandasında 17 nömrəli formanı geyinəcək.


Digər xəbərlər

Xəbər xətti