"Milan"dan növbəti transfer

16:23 16 İyul 2017

"Milan" daha bir futbolçunu transfer edib. "Qırmızı-qaralar" "Latsio"nun oyunçusu Lukas Bilyanı heyətinə cəlb edib.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin transferi üçün "Latsio"ya 20 milyon avro ödənilib.

 

Qeyd edək ki, Bilya 2013-cü ildə paytaxt klubunda çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti