Yeni reytinq cədvəlini açıqlandı - "Qarabağ" neçəncidi?

18:22 16 İyul 2017

UEFA ölkələrin və klub komandalarının yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qurumun rəsmi saytında bu həftə keçirilən avrokubokların ikinci təsnifat mərhələsiin ilk matçlarından sonra tərtib olunan siyahıda Azərbaycan 16.375 xalla 22-ci yeri tutur. Bizdən 1 pillə öndə olan Kiprin 16.425 xalı var.

Azərbaycanla eyni xala malik Belarus 23-cü yerdədir. Lakin Azərbaycandan fərqli olaraq, Belarusun yarışdakı 4 təmsilçisindən 1-i artıq mübarizəni dayandırıb.

Avrokuboklarda son 5 mövsümdəki göstəricilərə əsasən hazırlanan reytinqdə Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dır. Ağdam klubu 90-cı yerdədir. Reytinqdəki digər 6 təmsilçimizdən “Qəbələ” 163-cü, “Neftçi” 182-ci, “İnter” 217-ci, “Kəpəz” 274-cü, “Xəzər Lənkəran” 276-cı, “Zirə” isə 307-ci tutur.


Digər xəbərlər

Xəbər xətti