Sportarena.az
23 İyul 2017

Türkiyə mətbuatı "İnter"dən yazdı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatı “Qalatasaray”ın Avropa Liqasının III təsnifat mərhələsindəki mümkün rəqiblərini dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, Milliyet.com.tr saytının əməkdaşları “İnter”i növbəti mərhələyə daha yaxın görürlər. Belə ki, türklər II təsnifat mərhələsində “Fola” ilə cavab görüşü öncəsi “İnter”in favorit olduğunu düşünürlər:

 

“Fola”nı ilk görüşdə 1:0 hesabı ilə məğlub edən “İnter”in “Qalatasaray”a rəqib olmaq ehtimalı daha yüksəkdi. Bakı təmsilçisi maliyyə cəhətdən problemli dönəmdən keçir. Buna baxmayaraq, ölkə çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə əldə etdilər. I təsnifat mərhələsində isə Serbiya klubu “Mladost” səddini (3:0, 2:0) asanlıqla keçdilər”.

 
Yazıda “İnter”in ən təhlükəli oyunçusunun adı çəkilib və kluba AFFA-nın himayədarlıq etdiyi vurğulanıb:

 

“İnter”in heyətində cəmi 2 əcnəbi oyunçu var ki, bunlar braziliyalı mərkəz müdafiəçisi Denis Silva və rumıniyalı Manuel Skarlatakedi. Yarımmüdafiənin mərkəzində çıxış edən kapitan Nizami Hacıyev ən təhlükəli oyunçularıdı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun yeganə sponsorudu və futbolçuların maaşlarını ödəyir. Lüksemburq “Fola”sı isə daha zəif rəqibdi”.
 
Qeyd edək ki, “Qalatasaray” II təsnifat mərhələsinin ilk matçında “Ostersun”a səfərdə 0:2 hesabı ilə məğlub olub. Əgər “Qalatasaray” və “İnter” hazırkı rəqiblərini mübarizədən kənarlaşdıra bilsələr, III təsnifat mərhələsində bir-birlərinə rəqib olacaqlar.

Tarix
16.07.17 [20:34]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio