Reynaldonun "Yanq Boyz"a transferi niyə baş tutmayıb?

22:40 16 İyul 2017

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun İsveçrənin "Yanq Boyz"a keçidi baş tutmayıb.

 

Sportarena.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayb. Bildirilir ki, braziliyalı futbolçu bir neçə gün öncə müqavilə imzalamaq üçün "Yanq Boyz"un düşərgəsinə yollansa da, keçid reallaşmayıb. Sövdələşmənin hansı səbəbdən baş tutmadığı açıqlanmasa da, Reynaldonun tibbi müayindən keçə bilmədiyi iddia edilir. 

 

"Sambaçı" artıq Türkiyəyə dönüb və yenidən "Adanaspor"un düşərgəsinə qatılıb. Onun Səudiyyə Ərəbəsitanının "Əl Taavon" klubu ilə yoxlama görüşündə meydana çıxacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti