"Neftçi"ni "Qarabağ"a dəyişdi

10:13 17 İyul 2017

Bu ay "Neftçi" ilə yollarını ayıran U-21 millimizin müdafiəçisi Elvin Bədəlovun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki,  o, bundan sonra karyerasını "Qarabağ Vyana"da davam etdirəcək. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Bədəlovla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Qarabağ Vyana” Avstriyanın Şərq Regional Liqasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti