"Zirə"nin oyunu gürcülərə tapşırıldı

11:23 17 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Zirə” - “Astra” görüşünün hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA matçı gürcüstanlı hakimlər briqadasına həvalə edib. Qarşılaşmanın baş hakimi Giorgi Vadaçkoria təyin edilib. Gürcü referiyə həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edəcəklər. Oyunun dördüncü hakimi Qoqa Kikaçeyşvili olacaq.

 

Qarşılaşma iyulun 20-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında Rumıniyada baş tutmuş ilk oyun meydan sahiblərinin qələbəsiylə (3:1) nəticələnib.


Digər xəbərlər

Xəbər xətti