Sportarena.az
24 İyul 2017

Elvin Məmişzadə gecə klubundakı davadan danışdı - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto
​Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib.
 
Sportarena.az xəbər verir ki, 26 yaşlı idmançı "Report"a açıqlamasında Bakıda "Sahil" metro stansiyası yaxınlığındakı "26 land"da bir xanımla mübahisə etdiyini təsdiqləyib. Lakin o, heç kimi döymədiyini iddia edib:
 
"Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb".
 
Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib:
 
"Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır".
 
Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib:
 
"Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz".
Tarix
17.07.17 [13:14]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 İyul
23 İyul 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio