“Qarabağ”ın növbəti hədəfi müəyyənləşdi - 400 min dollarlıq təklif

13:26 17 İyul 2017

Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" Nikaraqua yığmasının kapitanı Xuan Barreranı transfer edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Nikaraqua mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, Ağdam təmsilçisi Qvatemalanın "Komunikasones" klubunda oynayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 400 min dollar təklif edib.


Barrera 2009-cu ildən Nikaraqua millisində çıxış edir. O, 42 oyunda 10 qol vurub.


Digər xəbərlər

Xəbər xətti