"Sumqayıt" Superliqa klubuna qarşı

14:16 17 İyul 2017

Növbəti mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Super Liqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gələcək. Qarşılaşma Qızılcahamamda yerli vaxtla saat 18:00-da start götürəcək.   

 

1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Super Liqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pyer Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.


Digər xəbərlər

Xəbər xətti