Millimizin müdafiəçisi “Aleksandriya” ilə anlaşıb?

14:52 17 İyul 2017

Millimizin müdafiəçisi Pavel Paşayev karyerasını Ukraynanın “Aleksandriya” klubunda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Xəbərdə 29 yaşlı müdafiəçinin bu gün “Aleksandriya”nın düşərgəsinə qoşulacağı qeyd edilib.

 

Paşayev son mövsümdə Ukraynanın digər yüksək liqa təmsilçisi “Stal”da çıxış edib. O, 2016/17 mövsümündə şans qazandığı 29 oyunda 1 məhsuldar ötürməyə imza atıb. Bu ayın əvvəlində “Stal” Paşayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

 

Xatırladaq ki, “Aleksandriya” Avropa Liqasındakı təmsilçilərimizdən “Zirə”nin potensial rəqibidi. Belə ki, “qartallar” ilk matçda 1:3 hesabıyla məğlub olduğu “Astra”nı keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində “Aleksandriya” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti