"Qəbələ"nin rəqibinin baş məşqçisi nədən şikayətləndi? - AÇIQLAMA

15:36 17 İyul 2017

Qəbələ”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan “Yagelloniya”nın (Polşa) baş məşqçisi İreniuş Mamrot açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Yagelloniya” Polşa Ekstraklassasının 1-ci turunda səfərdə “Termalika”nı 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra açıqlama verən Mamrot, komandasının yorğunluğundan şikayətlənib:

“Çətin oyun oldu. Futbolçularda yorğunluq hiss olunurdu. “Qəbələ”ylə çətin səfər matçından iki gün sonra yenidən meydanda olduq. Üstəlik zədəlilərimiz də var. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir. Bu səbəbdən “Qəbələ”ylə oyun da çətin keçəcək”.

“Yagelloniya” Bakıda “Qəbələ”ylə 1:1 hesablı heç-heçə edib. Cavab qarşılaşması iyulun 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti