Dəniz Yılmazın "Bursaspor"dakı taleyinə aydınlıq gəldi

16:43 17 İyul 2017

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın Türkiyənin "Bursaspor" klubundakı aqibətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bir müddət öncə əsas heyətdən uzaqlaşdırılmış millimizin üzvü bağışlanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə futbolçunun ötən gün yeni baş məşqçi Pol Le Quen ilə görüşdüyü və fransız mütəxəssisin onu komandasında saxlamağa qərar verdiyi bildirilir. Bu üzdən də o, bursalıların Avstriyaya təlim-məşq toplanışına yollanan heyətə daxil edilib. Halbuki, 29 yaşlı futbolçu xeyli müddət idi klubun bazasında komandadan ayrı, fərdi məşq edirdi.

 

Maraqlıdı ki, "Bursaspor" iyulun 14-də rəsmi saytı vasitəsilə Avstriyaya yollanacaq heyəti açıqlasa da, həmin siyahıda millimizin forvardının adı yox idi. Sözügedən komanda bu ölkədə 13 gün hazırlıq keçəcək.


Digər xəbərlər

Xəbər xətti