"Neftçi" "Zirə"yə rəqib oldu

17:16 17 İyul 2017

"Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” iyulun 21-də "Zirə”ylə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlayacaq.

 

"Neftçi” "Zirə”ylə oyunadək - iyulun 19-da "Şüvəlan”la sınaq matçına çıxacaq.

 

Qeyd edək ki, “Zirə” hazırda Avropa Liqasında mübarizəni davam etdirir.


Xəbər xətti