Özilin sevgilisi yataq otağına 30 min xərclədi - FOTOLAR

17:34 17 İyul 2017

Tez-tez küsüb-barışmaqları ilə gündəm olan “Türkiyə gözəli” Əminə Gülşe ilə sevgilisi, “Arsenal”ın ulduz futbolçusu Mesut Özil evlənməyə hazırlaşırlar.

 

Sportarena.az axşam.az-a istinadən xəbər verir ki, cütlük artıq hazırlıqlara da başlayıb. Belə ki, Əminə sevgilisinin Londondakı evini yenidən təmir etdirmək qərarına gəlib.

 

Məlumata əsasən, Gülşe təkcə yataq otağına 30 min lirə (təxminən 15 min AZN) pul xərcləyib. İddialara əsasən, model evdə Mesutun əvvəlki sevgililərindən heç bir xatirə qalmasın deyə onu yenidən təmir etdirir.

 

Xatırladaq ki, idmançı ötən il almaniyalı pop ifaçı Mendi Qreys Kapristo ilə sevgili idi. Hər kəs onların ailə quracağını düşünürdü.

 

 


Xəbər xətti