"Sumqayıt" "Osmanlıspor"a uduzdu

10:49 18 İyul 2017

Növbəti mövsümə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda dünən Super Liqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gəlib. Qızılcahamamda baş tutan görüş sumqayıtlıların 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Qarşılaşmanın 16-cı dəqiqəsində Amil Yunanov hesabı açsa da, 24 və 26-cı dəqiqələrdə Tonia Tisdell dubla imza ataraq, Super Liqa təmsilçisinə əzmkar qələbə qazandırıb.   

 

1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Super Liqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pyer Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

 

Yoxlama oyunu

17 iyul

Sumqayıt - Osmanlıspor 1:2
Qol: 
Amil Yunanov, 16 - Tonia Tisdell, 24, 26.
Baş hakim: Yaşar Kemal Uğurlu.
Qızılcahamam, Patalya.

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

 

Oyuna sonradan daxil olanlar: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 5. Vüqar Bəybalayev, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov.
Baş məşqçi: Samir Abasov.

 

Osmanlıspor: 12. Hakan Arıkan, 3. Lukaş Szukala, 28. Hasan Kılıç, 40. Turqay Kaçar, 26. Takayuki Seto, 20. Luis Karlos Martins Moreyra, 17. Daniel Karoli Regattin, 30. Tania Tisdell, 24. Raul Rusesku, 9. Şeyk Diabate, 25. Mehmet Umtu Nayir.

 

Oyuna sonradan daxil olanlar: 1. Zidranus Karçemarskas, 61. Numan Çürüksu, 21. Vaçlav Proçazka, 2. Avdiya Vrsayeviç, 6. Mehmet Güven, 33. Muhammed Bayır, 35. Musa Çağıran, 3. Adovale Laval, 27. Aminu Umar, 7. Serdar Gürler, 39. Bifouma Koulossa.

Baş məşqçi: Bülent Uygun.


Xəbər xətti