"Qarabağ" növbəti mərhələdə! - YENİLƏNİB

22:53 18 İyul 2017

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” Gürcüstan çempionu “Samtredia”nın qonağı olub. Bakıda keçirilən ilk matçda rəqibini darmadağın edən (5:0) “köhlən atlar” cavab görüşündə də qələbə qazanıb.

 

Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

21:00 Samtredia (Gürcüstan) - Qarabağ 0:1 (İlk oyun - 0:5)

Qol: Donald Gerye, 22.
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Marko Popoviç (hamısı Serbiya) 
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” 

 

Samtredia: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Manjqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolazi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 80. İnters Qui

Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivilişvili, 14. Davit Jikiya, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Giqla Burkadze, 77. Quram Samuşia
 
Qarabağ: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.


Xəbər xətti