"Qəbələ"nin Polşada növbəti məşqi

11:26 18 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Yagelloniya” klubunun qonağı olacaq “Qəbələ” hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib. Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, iyulun 16-dan Varşavada hazırlıq keçən “Qəbələ” bu gün baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək.  


Xəbər xətti