Pavel Paşayevin yeni klubu müəyyənləşdi - RƏSMİ

11:42 18 İyul 2017

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin Ukraynanın "Aleksandriya" klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü bu gün yeni klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Lakin müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

 

Pavelin son klubu Ukrayna "Stal"ı olub. Lakin o, bu komandada ciddi maliyyə problemləri yarandığından, mövsüm başa çatan kimi, özünə yeni klub axtarışına başlamışdı. Paşayev daha öncə "Dnepr", "Krivbas", "Karpatı", "Metallurq" və "Qəbələ"də də oynayıb.

 

Qeyd edək ki, "Aleksandriya" Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Zirə"nin potensial rəqibidi. Təmsilçimiz Rumıniya "Astra"sını keçəcəyi halda, məhz Paşayevin yeni klubu ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti