"Barselona" ötən mövsüm nə qədər gəlir əldə edib?

14:32 18 İyul 2017

“Barselona” 2016/17 mövsümündə 708 milyon avro gəlir əldə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Kataloniya klubu yayıb. "Göy-qırmızılar" bu gəlirlə şəxsi rekorduna imza atıb. “Barsa” ötən mövsümdə 18 milyon avro mənfəət əldə edib.

 

Klubdan edilən açıqlamada bu nəticənin rəhbərlik tərəfindən müsbət qarşılandığı, 2021-ci ilə kimi bu məbləği 1 milyard avroya çatdırmağı hədəflədikləri vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti