Georgi Adamiya "Qarabağ"ı və köhnə dostunu ziyarət etdi - FOTO

15:28 18 İyul 2017

Bir vaxtlar Azərbaycan klublarının şərəfini qorumuş Georgi Adamiya Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Samtredia"nın qonağı olacaq "Qarabağ"ın bəzi üzvləri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı forvard "Neftçi"də çıxış edərkən 4 il komanda yoldaşı, "Qarabağ"ın üzvü olarkən məşqçisi olmuş Zaur Tağızadə ilə görüşü daha uzun çəkib. Keçmiş dostlar ötən günləri yada salmağı da unutmayıblar.

 

Qeyd edək ki, Adamiya ölkəmizdə çıxış etdiyi 9 il ərzində "Neftçi" və "Qarabağ"la yanaşı "Bakı" ilə "İnter"in də formasını geyinib. O, fubolçu karyerasını 2014-cü ildə başa vurub. Sonuncu klubu Bolnisinin "Sioni" klubu olub.

 


Xəbər xətti