Arda "Barselona"dan ayrılmayacaq?

17:26 18 İyul 2017

“Barselona” ABŞ-a aparacağı heyəti müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, klubun açıqladığı siyahıda 26 futbolçu yer alıb. Zədəli olan Rafa Alkantara, Jerar Deulofeu, həmçinin, Konfederasiyalar Kubokunda iştirak etdikləri üçün hələ də istirahətdə olan Mark-Andre Ter Şteqen və Andre Qomesin adı sıyahıya daxil edilməyib.

 

Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde bir müddətdi klubdan ayrılacağı barədə xəbərlər səngimək bilməyən Arda Turanın adını ABŞ-a aparılacaq heyətə daxil edərək, söz-söhbətə son qoyub. Ardanın növbəti mövsümdə də “Barsa”da qalacağı açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti