Gürcülər bayrağımızı oğurladılar

23:14 18 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir qədər sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb. 

 

Sportarena.az xəbər verir ki, xoşagəlməz olay matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

“Samtredia”nın 20-ə yaxın azarkeşi “Qarabağ” fanatlarına  hücum edib. Nəticədə əlbəyaxa dava düşüb. Yerli fanatlar Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polislər bayrağı oğurlayan gürcü azarkeşləri axtarışa başlayıb.

Qeyd edək ki, “Samtredia” – “Qarabağ” oyunu saat 21:00-da başlayacaq. (qol.az)


Digər xəbərlər

Xəbər xətti