Qurban Qurbanov: "Oyun keyfiyyətlərini görməsəm də..."

23:55 18 İyul 2017

 

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubuna qarşı keçirdikləri cavab matçından (1:0, ilk oyun 5:0) sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

- Əvvəl də çətin oyun olacağını qeyd etmişdim. İlk oyundakı hesaba baxmayaraq, “Samtredia” təslim olmaq niyyətində deyildi. Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçulıarım nəticə üçün maksimumu etməyə çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, “Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq.

 

- Nikaraqua millisinin kapitanın adı “Qarabağ”la hallanır. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçu cəlb olunacaqmı?
- Əlbəttə, transfer etmək istəyirik. Amma dediyiniz futbolçu haqda heç bir məlumatım yoxdu.

 

- “Samtredia”nın oyunundan razı qaldığınızı dediniz. Komandanın hansı üzvünü “Qarabağ”da görmək istərdiz?
- Dediyim kimi, “Samtredia”nın oyun üslubunu bəyəndim. Lakin transfer siyahımızda “Samtredia”nın heç bir futbolçusunun adı yoxdu. Ona görə də hansısa futbolçunu fərqləndirmək istəmirəm. Dediyim kimi, “Samtredia” güclü komandadı və futbolçular öz üzərində bir qədər də işləsə, yaxşı nəticələrə imza atacaqlar.

 

- Qurban müəllim, “Kukesi”, yoxsa “Şerif”?
- Əfsuslar olsun ki, suala cavab verə bilməyəcəm. Layiqli olan komanda qələbə qazansın.

 

- Bu gün öyrəşdiyimiz “Qarabağ”ı meydanda görə bilmədik. Bu, nə ilə bağlı idi?
- Zəif oyunlarımız az olmayıb. Daim məğlub ola və qələbə qazana bilmərik. Hətta özümüzdən zəif komandaya da məğlub ola bilərik. Komanda olaraq çatışmayan cəhətlərimiz çoxdu. Bu çatışmazlıqları oyundan-oyuna aradan qaldırmağa çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti