Gürcülər "Qarabağ"ı "Neftçi" ilə səhv saldılar - FOTO

23:58 18 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutan "Samtredia" - "Qarabağ" matçının (0:1) yayımı zamanı maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, görüşün yayım hüququna sahib olan kanalın rejissorları matçın 62-ci dəqiqəsində Ağdam klubunun heyətində dəyişiklik baş verən zaman ciddi səhvə yol verib. Belə ki, gürcülər qrafikanın loqo hissəsində "Qarabağ"ın deyil "Neftçi"nin loqosunu yerləşdiriblər.

 

Bu hadisə Azərbaycanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 


Digər xəbərlər

Xəbər xətti