"Qəbələ" məşqlərini yekunlaşdırdı

10:14 19 İyul 2017

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununa Polşada hazırlaşan “Qəbələ” Varşavadan Belostoka yollanıb. 
 

Sportarena.az xəbər verir ki, iyulun 16-dan Polşa paytaxtında hazırlıq keçən “qırmızı-qaralar” dünən günün ilk yarısında məşq edib. Futbolçular toplu və topsuz təmrinləri yerinə yetiriblər. Hazırlıq prosesi “Drukarz” klubunun stadionunda baş tutub. Günün ikinci yarısında isə “Qəbələ” oyunun keçiriləcəyi Belostoka yollanıb. 

“Qırmızı-qaralar” “İbis otel”də məskunlaşıb. Bu gün “Qəbələ” matçın baş tutacağı Belostok şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 

Xatırladaq ki, iyulun 20-də keçiriləcək “Yagelloniya” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti