Hartın yeni klubunun adı müəyyənləşdi - RƏSMİ

10:31 19 İyul 2017

İngiltərə millisinin qapıçısı Co Hartın “Vest Hem”ə keçidi rəsmiləşib.
 

Sportarena.az xəbər verir ki, 30 yaşlı qolkiper gələn mövsüm icarə əsasında London təmsilçisində çıxış edəcək. Premyer Liqa klubu mövsümün sonunda Hartı transfer etmək hüququna da sahib olacaq.

 

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Co Hart son mövsümdə icarə əsasında “Torino”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti