"Ştutqart" sabiq "Neftçi"lini neçəyə transfer edib?

Sportarena.az      19 İyul 2018, 11:44

Bu il Almaniya Bundesliqasına vəsiqə qazanan “Ştutqart” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, klub Portuqaliyanın “Eştoril” komandasının müdafiəçisi Aylton Ferreyra Silvanı transfer edib. Bu barədə məlumatı “Ştutqart”ın rəsmi saytı yayıb. Xəbərdə braziliyalı müdafiəçiylə 4 illik müqavilə bağlandığı qeyd edilib. Bundesliqa klubu onun transferi üçün “Eştoril”ə 1 milyon avro ödəyib.

 

Xatırladaq ki, “Fluminense”nin yetirməsi olan Aylton 2015/16 mövsümündə ölkəmizdə, “Neftçi”də çıxış edib. Bakı klubunda icarə əsasında top qovan 22 yaşlı müdafiəçi meydana çıxdığı 32 oyunda 3 qola imza atmışdı. O, “Eştoril”də də icarə əsasında çıxış edib. Portuqaliya klubu mövsümün sonunda 800 min avro qarşılığında onun transfer hüququna yiyələnib. Bir neçə gün sonra isə 1 milyon avroya “Ştutqart”a satıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin