Xavi də karyerasını bitirir

15:35 19 İyul 2017

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda "Əl Sadd"da çıxış edən Xavi 2017/2018 mövsümünün sonu futbolçu karyerasını başa vuracağını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 37 yaşlı oyunçunun özü məlumat verib:

 

"Futbolçu kimi mənim üçün son mövsüm olacaq. Amma futbol sahəsində qalacağam. Məşqçi olmağı düşünürəm. Buna görə də hazırlaşmalıyam".

 

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. O, daha sonra "Əl Sadd"a keçib.


Digər xəbərlər

Xəbər xətti