"Qarabağ" "Palermo"ya müraciət etdi - Ona görə

15:58 19 İyul 2017

“Palermo”nun futbolçusu Karluş Apna Embalonun “Qarabağ”ın maraq dairəsinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sportitalia” məlumat yayıb. Bu transferin gerçəkləşməsi üçün Ağdam klubu “Palermo”ya müraciət edib. Müraciətə yaxın günlərdə cavab veriləcəyi bildirilib.

 

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi olan 23 yaşlı Qvineya-Bisaulu bu futbolçu ötən mövsüm A seriyasında 12 oyunda meydana çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini edib.


Digər xəbərlər

Xəbər xətti